olkepress.com
olkepress.com

​Ermənistanda kütləvi zəhərlənmə

22-12-2024, 15:05

​Ermənistanda kütləvi zəhərlənmə

Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.

Olkepress.com Metbuat.az-a istinadən xəbər verir ki, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.

Obyektin fəaliyyəti dayandırılıb.

Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi