Alkotesterin dizaynerlərindən biri, 70 yaşlı Rişard Lacey, sərxoş halda avtomobil idarə etdiyi üçün 13 aylıq sürücülük hüququndan məhrum edilib və 600 funt sterlinq (1280 manat) cərimələnib.
Olkepress.com İnsanoid.com-a istinadən xəbər verir ki, 70 yaşlı Rişard Lacey sərxoş vəziyyətdə avtomobil idarə etdiyini qəbul edərək məhkəmədə günahını etiraf edib. Onun nəfəsindəki alkoqol miqdarı icazə verilən 35 mikroqram həddini aşaraq 41 mikroqram olub.
Məhkəmədə Lacey içki miqdarını düzgün hesablamadığını etiraf edib və qəza öncəsi bir neçə stəkan şərab və pint pivə içdiyini bildirib. O, sərxoş halda avtomobil idarə etmə kursunu tamamladığı halda cəzası 13 həftə azaldıla bilər.