olkepress.com
olkepress.com

Saatlıda qanunlar ayaq altına atılır...

11-02-2020, 11:42

Saatlıda qanunlar ayaq altına atılır... Azərbaycan Respublikası Təhsil naziri cənab Ceyhun Bayramova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən Zərbaliyev Pərviz Gülmirzə oğlu 1981-ci ildə Əli Bayramlı şəhərində( indiki Şirvan ) anadan olmuşam.1999-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinə daxil olmuşam.2003-2004-cü illərdə Hərbi xidmətdə olmuşam.2009-cu ildən Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbində tarix müəllimi kimi pedoqoji fəaliyyətə başlamışam.2011-ci ildə direktoru Elnur Rzayevin saxta və qanunsuz əməllərinə göz yuma bilməyib Maliyyə Nazirliyinə müraciər etdim.Şirvan şəhər 7 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən məktəbdə yoxlama başlandı.Araşdırma nəticəsində keçirilməmiş fakultativ məşğələlərə görə 709 manat pul vəsaiti günahkar şəxs tərəfindən büdcəyə geri ödətdirildi.Məktəbin direktoru Elnur Rzayev barədə Protokol tərtib olunaraq 400 manat maliyyə sanksiyası tətbiq edildi.
Lakin bu yoxlamadan sonra da Elnur Rzayev öz əməllərindən əl çəkmir.Belə ki, 2018-ci ilin oktyabr ayında Elnur Rzayevin saxta və qanunsuz əməlləri barədə Saatlı rayon prokurorluğuna müraciət etdim.Rayon prokurorluğunun təqdimatı əsasında Şirvan şəhər 7 saylı Regional Maliyyə müfəttişliyi tərəfindən məktəbdə üç illik yoxlama aparıldı.Yoxlama nəticəsində 21297 manat dövlət vəsaitinin mənimsənilməsi və ya israf olunması faktı aşkarlandı. Elnur Rzayev barəsində rayon prokurorluğunun istintaq materialları nəticəsində 179.2.3, 179.2.4, 313-cü maddələri ilə, 31000 manata yaxın dövlət vəsaitinin mənimsənilməsi və ya israf olunması faktları aşkarlandığı üçün cinayət işi açılmışdır.Rayon prokurorluğunun Təhsil Nazirliyinə göndərdiyi təqdimat nəticəsində 2019-cu ilin mart ayında Elnur Rzayev məktəb direktorluğu vəzifəsindən,həm də müəllim kimi fəaliyyətinə xitam verilmişdi.Amma hansısa müəmmalı qüvvə tərəfindən Saatlı Rayon Məhkəməsində cinayət işi getdiyi halda səkkiz aydan sonra,Nərimanov Rayonu Məhkəməsinin qətnaməsinə əsasən 24 dekabr 2019-cu il tarixdə Təhsil Nazirliyinin digər bir əmri ilə o, direktor vəzifəsinə qaytarıldı.Yanvar ayının 7-də səhər saat 08:30-da bütün müəllimlərin və şagirdlərin gözü qarşısında məni vicdansız və əqidəsiz adlandıraraq təhqir etdi.Həmçinin məktəbin ingilis dili müəllimi işləyən Mirzəyeva Aynurə müəllimi də təhqir etmişdi.Bir aydan sonra yəni 31 yanvar 2020-ci il tarixdə Pedoqoji Şuranın iclası başlayan zaman Elnur Rzayev mənə işdən çıxarılma barədə əmri mənə təqdim edib iclası tərk etməyimi tələb etdi.Əmrdə göstərilən nöqsanların mənə şamil edilməsi,bir ay ərzində işçinin işdən azad olunması yolverilməzdir.Elnur Rzayev dərs keçməməyimi əsas gətirsədə 2019-cu ilin sentyabr ayından-2020-ci ilin yanvar ayına qədər olan müddətdə mənim əmək haqqım tutulmayıb.İşçinin işdən azad olunması qaydalarına görə məktəbin Həmkarlar İttifaqında müzakirə olunmalı,razılıq vermə hüququ olduğu halda əmək müqaviləsinə xitam verilə bilər.Bundan başqa işçinin işdən azad olunmağına Pedoqoji şura üzvləri heç bir fikir bildirməyiblər.Əmək məcəlləsinin 70-ci maddəsinin ,,ç” bəndi mənə qeyri qanuni verilib,eləcə də əmrdəki digər maddələr. Bundan başqa Elnur Rzayev mənim 29 saat dərsimi qeyri qanuni olaraq mənimsəyib.Halbuki həmin dərsləri keçməsədə sinif jurnallarında qeydlər aparır.Məktəbdə əlavə tarix müəllimi olmasına baxmayaraq həmin dərslər fənn müəlliminə verilmir.
Cənab Nazir bunların hamısı o deməkdir ki, mən Elnur Rzayevin qanunsuz əməlləri barədə Saatlı Rayon prokurorluğuna etdiyim müraciətdən sonra,Cinayət işinin açılması,Rayon Prokurorluğunun təqdimatı əsasında Təhsil Nazirliyinin E.Rzayevin vəzifəsindən azad olunması və bu Cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılması, Elnur Rzayevin məndən qisas almasına əsasdır.
Cənab Nazir məktəbin direktoru Elnur Rzayevin qanunsuz əməllərinin araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm".

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi