olkepress.com
olkepress.com

Bu gün Xocalı soyqırımının 33-cü ildönümüdür.

26-02-2025, 17:44

Bu gün Xocalı soyqırımının 33-cü ildönümüdür.

Bu gün Xocalı soyqırımının 33-cü ildönümüdür. Təəssüflər olsun ki, bu soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cəzalandırılmayıb.

Olkepress.com mövzu ilə bağlı Modern.az-a danışan Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev bildirib ki, soyqırımının araşdırılması üçün istintaq qrupu fəaliyyət göstərir.

"Cinayətdə iştirak edən hər kəsin cəzalandırılması üçün sübutlar bazası möhkəmləndirilir. Soyqırımının sifarişçisi, təşkilatlçılar, törədənlər hamısı müəyyən olunmalı və beynəlxalq hüquq səviyyəsində məsuliyyətə cəlb olunmalıdırlar. Bunun üçün də zaman tələb olunur".

Onun sözlərinə görə, istintaq tək Azərbaycanın daxili lokasiyasında getmir:

“Bu cinayəti sifariş verən şəxslər xalqa bəlli olan insanlardır. Rusiya, yaxud Ermənistan Respublikalarının vətəndaşlarının bu cinayətə görə cəzalandırıla bilməsi üçün beynəlxalq hüquq bizə dəstək olmalıdır. İstintaqın hansı yerdə olduğunu ancaq onu aparan müstəntiqlər bilə bilər. Vəkil kimi deyə bilərəm ki, bəşəriyyət əleyhinə törədilmiş cinayətə görə həmin şəxslər gec-tez məsuliyyətə cəlb olunacaqlar. Erməni separatçılarının hazırda məhkəməsi gedir. Bu proses tez bir zamanda başlandı. Mən əminəm ki, Xocalı faciəsini törədənlər də cəzalarını alacaqlar. Yalnızca zaman lazımdır ki, sübutlar toplansın. Bu adi məişət cinayəti deyil ki, dövlətimiz bunu tez zamanda həll edə bilsin”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi