olkepress.com
olkepress.com

Naftalanda da anım tədbiri keçirildi

20-01-2025, 17:39

Naftalanda da anım tədbiri keçirildi

Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib.

Anım tədbirində ŞİH-nin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, şəhər ictimaiyyəti iştirak edib.

Faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi” ziyarət olunub.

Naftalan şəhərinin inzibati ərazisində də şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.
Naftalanda da anım tədbiri keçirildi
Naftalanda da anım tədbiri keçirildi
Naftalanda da anım tədbiri keçirildi
Naftalanda da anım tədbiri keçirildi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi