olkepress.com
olkepress.com

Yasamalda 20 Yanvarla bağlı tədbirlər keçirildi

20-01-2025, 17:34

Yasamalda 20 Yanvarla bağlı  tədbirlər keçirildi

Yasamal rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur. Bununla bağlı paytaxtın 20 Yanvar dairəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış Abidə Kompleksinin önündə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə anım mərasimi keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin rəhbərləri, pedaqoji heyəti, səhiyyə nümayəndələri, gənclər, ziyalılar və 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri 20 Yanvar Abidə Kompleksinə gələrək Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün uğrunda mübarizədə canlarını fəda etmiş vətən övladlarının əziz xatirəsini yad etmək məqsədilə əklilqoyma mərasiminə toplaşıb.
Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra rayon rəhbərliyi və ictimaiyyəti Abidə Kompleksinin önünə əklillər və gül dəstələri düzüb.

Əklilqoyma mərasimindən sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələri ilə görüşüb onların problemlərini dinləyib.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, RİH aparatının kollektivi, Yasamal Rayon Məhkəməsinin sədri Şəhidlər xiyabanını ziyarət edərək vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub.
Yasamalda 20 Yanvarla bağlı  tədbirlər keçirildi
Yasamalda 20 Yanvarla bağlı  tədbirlər keçirildi
Yasamalda 20 Yanvarla bağlı  tədbirlər keçirildi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi