olkepress.com
olkepress.com

Azərbaycanlı jurnalistlər Giresun və Ordu şəhərlərinə səfər ediblər

19-08-2024, 11:52

Azərbaycanlı jurnalistlər Giresun və Ordu şəhərlərinə səfər ediblərAvqustun 14-17 tarixlərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycandan bir qrup media mənsubunun Türkiyənin Giresun və Ordu şəhərlərinə səfəri gerçəkləşib.

Avrasiya.net xəbər verir ki, əsas məqsəd Türkiyənin fındıq paytaxtı kimi tanınan Giresunda əsrlər boyu yetişdirilən və böyük iqtisadi əhəmiyyət kəsb edən bu məhsulun yığımı və istehsalı ilə yanaşı, hər iki şəhərin turizm potensialı ilə də yaxından tanış olmaq imkanı yaradıldı.

Media mənsubları Giresundan sonra Şərgi Qara dənizin qapısı - Azərbaycanın Gəncə şəhəri ilə qardaşlaşan Ordu şəhərində olublar. Dağların qoynunda, Aralıq dənizi sahilində yerləşən hər iki şəhərin təbiəti, turizm potensialı, zəngin mətbəxi, insanların zəhmətkeşliyi, sadə və səmimiliyi, qonaqpərvərliyi media mənsublarını heyran etdi.

Onu da qeyd edək ki, Azərbaycan jurnalistləri ilə yanaşı Gürcüstandan da media nümayəndləri səfər qrupunda yer alıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi