olkepress.com
olkepress.com

ALMAXANIM- DOĞUM GÜNÜN MÜBARƏK!

16-08-2024, 18:41

ALMAXANIM- DOĞUM GÜNÜN MÜBARƏK!

ALMAXANIM- DOĞUM GÜNÜN MÜBARƏK!

Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2006 - 2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxumuşdur. 2017- ci ildə Bakı şəhəri M.Ə.Sabir adına orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub.

Almaxanım Əhmədli 2023-cü ildə Fərqlənmə diplomu ilə magistratura təhsil pilləsi üzrə məzun olub.
Almaxanım Əhmədli 2023-cü il, 24 Oktyabrda ABŞ-nın Kaliforniya ştatında ,
2023-cü il, 21 Oktyabrda ABŞ-nın Şimali Koralina ştatında Aziz Sancar adına mədəniyyət mərkəzində Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsertlər vermişdir.
2023-ci il 29 May Heydər Əliyev Sarayında Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı, milyonların sevimlisi Almaxanım Əhmədlinin solo konserti olub.
2023-ci il 3 mayda Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli “Bayatı- türk” muğam triosu ilə çıxış edib.
2022-ci il 26 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçin Malmö şəhərində konsert vermişdir.
2022-ci il 28-29 mayda Beynəlxalq Muğam Mərkəzində ikinci solo konsertini vermişdir.
2021-ci ildə Moskvada Çaykovski adına Konservatoriyada konsert proqramında çıxış edib.
2019-cu ildə Qüdsdə solo konsert verib.
2018-ci ildə Tacikistanın Düşənbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə solo konsert verib.
2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertini verib.
V Respublika Muğam Müsabiqəsində qalib olub— 1-ci yeri qazanıb.
2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir.
2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olmuş, "Qran Piri" mükafatı ilə təltif olunmuşdur. Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılır. Azərbaycannın əməkdar artisti, şöhrətli xanəndə, muğam ustası Təyyar Bayramovun tələbəsi olub.

2014-cü ilin oktyabr ayının 7-dən televiziya ekranlarında çıxış edir. Repertuarında muğam dəstgahları,estrada mahnıları, bəstəkar və xalq mahnıları ilə yanaşı türk, ərəb, fars və ingilis dillərində oxuduğu nəğmələr yer tutur.
2014-cü iln mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi "Bürünc" medala layiq görülmüş və diplomla təltif olunmuşdur.
2014-cü ilin iyul ayının 13-də muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət "Qarabağ" adlı ilk audio diski işıq üzü görmüşdür.2019- cu ildə " Mənim Azərbaycanım" adlı ikinci diski dinləyicilərin ixtiyarına verilib.
Ötən ildən Sumqayıt Musiqi Kollecində muğam pedaqoqu kimi tələbələr yetişdirir.Bu yaxınlarda yenidən ABŞ- də uğurla möhtəşəm konsertlər verib.Bu ilin mart ayının 30- da İstanbulda keçirilən solo konserti türkiyəlilər tərəfindən hərarətlə qarşılanıb.Ötən aylarda Özbəkistanda Mədəniyyət Günlərində iştirak edib.Almaxanımın müxtəlif janrlarda, eləcə də pop janrında oxuduğu nəğmələr Türk və Şərq dünyası tərəfindən sevilir.Onun Youtube kanalında mahnıları milyonlarla tamaşaçı tərəfindən izlənilir.Bu il ekran, səhnə fəaliyyətinin 10 illiyi, avqustun 18- ində 23 yaşı tamam olur.Almaxanın eyni zamanda bir neçə mahnının musiqi müəllifidir.Bir çox bəstəkarların nəğmələrinə repertuarında yer ayıran sənətçi son vaxtlar gözəl mahnılar müəllifi Kamal müəllimin bəstələrini lentə yazdırır.
Sevimli müğənnimiz Almaxanımı ad günü münasibətilə təbrik edir, həyat və yaradıcılıq yollarında uğurlar arzulayırıq.
ALMAXANIM- DOĞUM GÜNÜN MÜBARƏK!
ALMAXANIM- DOĞUM GÜNÜN MÜBARƏK!
ALMAXANIM- DOĞUM GÜNÜN MÜBARƏK!


Amil Baycan


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi