olkepress.com
olkepress.com

Bakıda hosteldə nöqsanlar aşkarlandı

5-08-2024, 23:00

Bakıda hosteldə nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 3 ünvanında fəaliyyət göstərən “Centrum” hostelində monitorinq keçirib.

Monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsinin antisanitar şəraitdə saxlanıldığı və mütəmadi təmizlik işlərinin aparılmadığı, avadanlıqların korroziyaya uğradığı, səthlərin (qida məhsulları ilə təmasda olan səthlər də daxil olmaqla) asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi müəyyən olunub.

Həmçinin, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin soyunma və geyinməsi üçün müvafiq dolabın təşkil edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, mətbəx sahəsində çalışan işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini təsdiq edən sağlamlıq arayışları yoxlamaya təqdim edilməyib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görülərək müəssisənin mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi