olkepress.com
olkepress.com

Vüqarlı xalqımın qürurlu oğlu

17-04-2023, 10:53

Vüqarlı xalqımın qürurlu oğlu

Vüqarlı xalqımın qürurlu oğlu.
Nə yaxşı tanıdım səni ay Vüqar.
Adına yaraşan ömür yaşayan.
Gözəl günlərini indi, say Vüqar.

Büdrəyən olanda dadına çatdın.
Yaxşıya qul olub pisi unutdun.
Allahın sevdiyi bir yolu tutdun.
Çətin ki tapıla sənə tay, Vüqar.

Ömür yolun heç də asan olmayıb.
Kim deyər ki şair qəlbin dolmayıb.
Şükür səni tanrı bizdən almayıb.
Qəm çəksə də olub daim nay, Vüqar.

Ömür bağın bərəkətli gül açıb.
Övladların ömrünüzə nur saçıb.
Almaxanım musiqidə iz açıb
Qismət olsun Yusifə də toy, Vüqar..

Altmış ili verməmisən yelə sən.
Baxma düşən qara saça telə sən.
Yaddaşlarda qalacaqsan hələ sən.
Bunu sənə İlqar yazdı pay Vüqar.
İLQAR BORANOĞLU.AĞDAM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi