olkepress.com
olkepress.com

Bakıda uşaq bağçasında körpələrə YAVAN ÇÖRƏK VERİLİR...

21-06-2022, 11:05

Bakıda uşaq bağçasında körpələrə YAVAN ÇÖRƏK VERİLİR...

Vətəndaş Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına bağçanın direktoru Əsli Alıyevadan narazıdır.

Ölkəpress.com-un məlumatına görə, övladı həmin bağçaya gedən valideyn Oxu.Az-a açıqlamasında bildirib ki, müəssisədə uşaqlara normal baxılmır:

“Uşaqlara səhərlər yavan çörək verilir. Günorta yeməyində isə sadəcə şorba verilir ki, tərkibində düyü və kök olur. Mən uşağımı səhər evdə yedirib, sonra bağçaya aparıram ki, orada ac qalmasın”.

Valideyn deyir ki, bağçada uşaqlardan hər ay pul da yığılır:

“Aylıq bağçaya 20 manat veririk. Hər ay salfet və yuyucu vasitə üçün uşaqların hər birindən əlavə iki manat yığılır. Uşaqlar o salfetlərdən heç istifadə etmirlər. Eyni zamanda, bağçaya gələn yataq dəstlərini “QAZel”lərə yükləyib satışa göndərirlər”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi