olkepress.com
olkepress.com

İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb

Bugün, 18:58

İranın Azərbaycandakı səfirliyi bəyanat yayıbİranın Azərbaycandakı səfirliyi BMT Təhlükəsizlik Şurasının 2015-ci il tarixli 2231 saylı qətnaməsinin bu gün – oktyabrın 18-də qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb.

Avrasiya.net-in yazdığına görə, səfirlik bildirib ki, hərçənd BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qüvvədən düşmə prosesi Böyük Britaniya, Fransa və Almaniyanın birtərəfli və qanunsuz addımları ilə süni şəkildə əngəllənib, lakin qeyd edilən qətnamə 2025-ci il 18 oktyabr (26 mehr) tarixində öz hüquqi qüvvəsini itirib. Buna görə də İranın sülhməramlı nüvə proqramı məsələsinin Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılması zəruridir.

“Üç Avropa ölkəsinin 2025-ci il 28 avqust tarixində “snapback” adlı mexanizmi işə salmaq qərarı həm hüquqi cəhətdən əsassız, həm də açıq şəkildə siyasi məqsədlərə xidmət edən addım olub və konstruktiv alternativlər mövcud olduğu halda atılıb. Diplomatik səylərin davamı məqsədilə Rusiya və Çin 2231 saylı qətnamənin müddəalarının 6 ay müddətinə uzadılmasını nəzərdə tutan layihə təqdim ediblər ki, bu təşəbbüs mümkün böhranın qarşısını ala bilərdi. Təəssüf ki, bu da üç Avropa ölkəsi və Amerika Birləşmiş Ştatlarının etirazı ilə bloklanıb”, - bəyanatda deyilir.

Səfirlik bildirib ki, İran üç Avropa ölkəsinin sözügedən mexanizmi işə salmaq cəhdini aşağıdakı əsas səbəblərə görə tamamilə əsassız və hüquqi qüvvədən məhrum hesab edir:

1. Ciddi öhdəlik pozuntusu: Üç Avropa ölkəsi, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, sanksiyaları tam ləğv etməmiş və əksinə, İrana qarşı yeni birtərəfli sanksiyalar tətbiq ediblər.

2. Mübahisələrin həlli mexanizminin pozulması: Adıçəkilən ölkələr JCPOA-da müəyyənləşdirilmiş mübahisələrin həlli mexanizmini yan keçərək, hüquqi əsas olmadan və pis niyyətlə hərəkət ediblər.

3. Etimadın pozulması: Bu ölkələr sionist rejimin və ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı həyata keçirdiyi hərbi təcavüzü dəstəkləyiblər. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması və vəziyyətin əsaslı surətdə dəyişməsi deməkdir.

4. JCPOA-nın əsas prinsiplərinin inkarı: Üç Avropa ölkəsinin mövqeyi JCPOA və 2231 saylı qətnamənin əsas prinsiplərini, o cümlədən İranın uranı sülh məqsədli zənginləşdirmək də daxil olmaqla dinc nüvə proqramını inkişaf etdirmək hüququnu inkar edir.

5. ABŞ-ın öhdəlik pozuntularına görə məsuliyyət daşımaması: İran, ABŞ-ın JCPOA-dan birtərəfli qaydada çıxması və sanksiyaları yenidən tətbiq etməsi ilə bağlı məsələni gündəmə gətirmək üçün artıq mübahisələrin həlli mexanizmini işə salmışdı. Lakin üç Avropa ölkəsi bu açıq pozuntulara cavab verməkdə və onları aradan qaldırmaqda uğursuz olub.

6. Şəraitin dəyişməsi: İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hərbi hücumlar vəziyyəti köklü şəkildə dəyişdirmiş və əvvəlki qətnamələri hüquqi və əməli baxımdan əhəmiyyətsiz edib.

Səfirlik aşağıdakı məqamları xüsusilə vurğulayır:

- İran daim diplomatik həll yoluna sadiqliyini nümayiş etdirib. ABŞ və üç Avropa ölkəsinin qeyri-konstruktiv və gərginlik yaradan mövqelərinə baxmayaraq, İran heç vaxt danışıqlar masasını tərk etməyib, dialoqun davam etdirilməsi istiqamətində səmimi səylər göstərib. Qeyd olunmalıdır ki, İranla ABŞ arasında danışıqların davam etdiyi bir vaxtda ölkəmizə qarşı hərbi təcavüzün həyata keçirilməsi qarşı tərəfin pis niyyətini açıq şəkildə üzə çıxarıb.

- Təhlükəsizlik Şurasında üç Avropa ölkəsinin bu qanunsuz təşəbbüsünə dair heç bir razılıq olmayıb. Daimi üzvlərdən olan Rusiya və Çin açıq şəkildə bu addıma qarşı çıxaraq onun beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər.

Nəticə etibarilə, İranın mövqeyinə görə, BMT Təhlükəsizlik Şurasının 2231saylı qətnaməsi öz hüquqi qüvvəsini 2025-ci il 18 oktyabr tarixində itirib. Beləliklə, İranın dinc nüvə proqramına qarşı hər hansı sanksiya və ya məhdudiyyətin davam etdirilməsi üçün heç bir hüquqi əsas mövcud deyil.

Bəyanat bu sözlərlə tamamlanır: “İran milli maraqlarını qorumaq və bütün ədalətsiz sanksiyaların tam şəkildə ləğvini təmin etmək məqsədilə zəruri bilinən bütün tədbirləri görmək hüququnu özündə saxlayır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi