olkepress.com
olkepress.com

Təbrizdə Qarabağı tərənnüm edən “Xarı bülbüllər” almanaxı çap olunub

21-01-2022, 20:35

Təbrizdə Qarabağı tərənnüm edən “Xarı bülbüllər” almanaxı çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin tərtibi ilə Təbrizdə Qarabağı tərənnüm edən “Xarı bülbüllər” adlı şeirlər toplusu işıq üzü görüb. Professor Vüqar Əhmədin on beş səhifəlik “Müqəddimə”si ilə nəşr edilən kitab ərəb əlifbasında 1000 tirajla çap olunub.

Kitabda 110-a yaxın şairin doğma Qarabağı vəsf edən şeirləri toplanıb. Topluya daxil olan Azərbaycan şairlərinin əsərləri Vüqar Əhməd, Cənubi Azərbaycan şairlərindən poetik nümunələr isə Nurəddin Müqəddəm və Seyid Mahmud Sani İbadi tərəfindən tərtib olunub.

Nəşrə Şimali Azərbaycandan Əliağa Vahid, Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Xəlil Rza, Zəlimxan Yaqub, Musa Yaqub, Vaqif Aslan, Nüsrət Kəsəmənli, Sücaət, habelə Vahid Əziz, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Paşa Qəlbinur, Vüqar Əhməd, Mahirə Nağıqızı, Nazim Əhmədli, Fəridə Hicran, Gülbəniz Babayeva, İbrahim Yusifoğlu, Arif Buzovnalı, Əsəd Cahangir, Gülnar Səma və bir çox şairlərin əsərləri daxil edilib.

Cənub şairlərindən Məhəmmədhüseyn Şəhriyar, Nadir İlahi, Nurəddin Müqəddəm, Seyid Mahmud İbadi, Hikməti, Niksad, Kamil Qəhrəmanoğlu, Səmədi Niroğlu, İsa Paşapur, Səhər Xiyavi, Lütvəli Fikrət, Məsimə Cavid, Mehdi Nəcəfli, Qızılqələm, Səmədi, Kərimi Marağayi, Fatimə Əbdi, Seyid Cəlil Hüseyni, Əsəd Tisvənd və başqa onlarla şairin yaradıcılığından seçmələr salınıb.

İranlı şairlərin əsərlərinin təqdimatına həsr olunan məqaləni isə professor Sədiq Məmmədzadə qələmə alıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi