Azərbaycan Dillər Universitetində yeni - TƏYİNAT
Azərbaycan Dillər Universitetində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri ADU-nun rektoru Kamal Abdulla imzalayıb. Əmrə əsasən, professor Sevinc Zeynalova universitetin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb. O, bundan əvvəl ADU-nun Elmi işlər üzrə prorektoru işləyib. Həmin vəzifəyə isə ötən gün Novruz Məmmədov təyinat alıb.
Ölkəpress.com