olkepress.com
olkepress.com

Gəncə Dövlət Universiteti ilə BSU arasında əməkdaşlıq genişləndirilir

23-09-2025, 17:10

Gəncə Dövlət Universiteti ilə BSU arasında əməkdaşlıq genişləndirilir

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə Dövlət Universitetində olub və rektor Yusif Yusibovla görüşüb.

Görüşdə BSU-nun Pedaqogika kafedrasının müdiri Piralı Əliyev, İnklüziv və adaptiv təhsil kafedrasının müdiri Arzu Məmmədova, kafedranın baş müəllimi Dilbər Bəşirova, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, Tədris Departamenitinin direktoru Elturan Yusifov iştirak ediblər.

Rektor Yusif Yusibov universitetdə həyata keçirilən islahatlar, tələbələrin təhsil almaları üçün yaradılmış şərait, maddi-texniki baza, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlər və layihələr haqqında ətraflı danışıb.

Görüşdə hər iki universitet arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ortaq layihə və proqramların həyata keçirilməsi imkanları müzakirə olunub, İnklüziv təhsil istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən mühüm işlərdən söhbət açılıb. Rektor Anar Nağıyev bildirib ki, Bakı Slavyan Universitetində 3 ildir, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi müəllim hazırlığı prosesində tədris məzmunu və resurslarına inklüziv təhsil prinsiplərinin inteqrasiyasıdır. GDU-nun əməkdaşları da bu layihələrdə uğurla iştirak edərək universiteti layiqincə təmsil edirlər.

Görüşdə Gəncə Dövlət Universiteti ilə Bakı Slavyan Universiteti arasında yaxın zamanlarda İnklüziv təhsillə bağlı əməkdaşlıq müqaviləsinin imzalanmasına dair müzakirələr aparılıb. Daha sonra GDU-da fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin həyata keçirdiyi işlərdən söhbət açılıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Gəncə Dövlət Universitetində olmaqdan məmnun qaldığını dilə gətirib və burada yaradılan şəraiti yüksək qiymətləndirib, birgə əməkdaşlığın hər iki universitetin həyatında əlamətdar olacağını bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi