olkepress.com
olkepress.com

"Ödənişli təhsil ala bilməyənlərin o yeri yazmağını məsləhət görmürəm" - DİM sədri

16-08-2022, 11:53

"Ödənişli təhsil ala bilməyənlərin o yeri yazmağını məsləhət görmürəm" - DİM sədri

Bu il ixtisas qrupları üzrə ərizə vermiş abituriyentlərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfrasında deyib.

O bildirib ki, I,II qruplara daha çox sənəd verilib. III qrupa sənəd verənlərin sayı ötən illə müqayisədə 800 nəfər artıb. Həmçinin III qrup üzrə ixtisaslarda əlavə plan yerləri artıb. Buna səbəb isə yaradılan yeni tarix və coğrafiya qruplarıdır. I qrup üzrə 33884 nəfər, II qrup üzrə 21215 nəfər, III qrup üzrə 21904 nəfər, IV qrup üzrə isə 5412 nəfər, V qrup üzrə 72058 nəfər ərizə verib:

"Ümumilikdə 99533 nəfər ərizə verib ki, bu da ötən illə müqayisədə 20911 nəfər çoxdur", - DİM sədri vurğulayıb.

Məleykə Abbaszadə bildirib ki, ödənişli ixtisasda təhsil ala bilməyən şəxslər bu yeri yazaraq başqasının da yerini tutur: "Ödənişli təhsil almaq istəyənlər üçün təhsil krediti şansı var. Əgər kredit götürmək istəmirlərsə, təhsil haqlarının nəzərə alaraq abturiyentlər ailələri ilə məsələhətləşib doğru seçim etsinlər. Kim əvvəlcədən bilir ki, ödənişli təhsil ala bilməyəcək, o yeri yazaraq kiminsə yerini tutmağını məsələhət bilmirəm".

Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi