olkepress.com
olkepress.com

Məleykə Abbaszadə: “Qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir”

14-07-2022, 18:34

Məleykə Abbaszadə: “Qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir”

“Ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir”.

Bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Builki keçid ballarına gəldikdə isə o deyib ki, müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil:
“Verilən plan yerləri də burada mühüm rol oynayır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4000 çoxdur".
Məleykə Abbaszadə onu da əlavə edib ki, müəyyən ixtisaslarda çoxalma, bəzilərində isə azalma müşahidə olunur. O qeyd edib ki, ixtisasla təhlil və müqayisə aparılmalıdır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi