olkepress.com
olkepress.com

SAXTA DİPLOM SATDIĞI ÜÇÜN HƏBS OLUNDU, AZADLIĞA ÇIXAN KİMİ DİREKTOR TƏYİN EDİLDİ

1-02-2022, 17:28

SAXTA DİPLOM SATDIĞI ÜÇÜN HƏBS OLUNDU, AZADLIĞA ÇIXAN KİMİ DİREKTOR TƏYİN EDİLDİ

Bir müddət əvvəl Goranboy rayonunda rus məktəbinə direktor təyin edilən Samir Vəliyev haqda “Hürriyyət”in redaksiyasına şok informasiya daxil olub.

Belə ki, bundan öncə sözügedən məktəbdə direktor müavini kimi çalışan S.Vəliyevin saxta doplom düzəltiyi üçün bir neçə il müddətinə həbs olunduğu bildirilir. Maraqlıdır ki, həbsdən azad olunduqdan sonra Goranboy Təshil İdarəsinin müdiri Seymur Nəzərov tərəfindən Samir Vəliyev rus məktəbinin həyatını dəyişən direktorunun yerinə təyin olunub.

Məlumata görə, Samir Vəliyevin direktor vəzifəsinə təyin edilməsi istər məktəbdə, istər də onu tanıyan hər bir şəxs tərəfindən gözlənilməz olub. Çoxları belə düşünür ki, saxta dipolim satdığı üçün həbsdə yatan bir şəxsin, azadlığa çıxdıqdan az müddət sonra direktor vəzifəsinə təyin edilməsi onun saxtakarlıq əməllərinə daha geniş şərait yaratmağa xidmət edir. Bu baxımdan, istisna olunmur ki, Goranboy Təshil İdarəsinin müdiri Seymur Nəzərovun da burda hansısa maraqları var...
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(Hurriyyet.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi