olkepress.com
olkepress.com

“Dədə” Süleyman xəstəxanaya yerləşdirildi - Vəziyyəti kritikdir

21-10-2022, 17:43

“Dədə” Süleyman xəstəxanaya yerləşdirildi - Vəziyyəti kritikdir
Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) xəstəxanaya yerləşdirilib.

olkepress.com axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, Xalq artisti Ağadadaş Ağayevlə birlikdə xanəndənin xəstəxanaya yerləşdirilməsinə yardım ediblər:

"Verdiyimiz sözə əməl etdik və Dədə Süleymanı xəstəxanaya yerləşdirdik. Düzdür, 83 yaşlı sənətkarın evdən çıxarılması çox riskli idi. Hətta bəziləri bunun mümkünsüz olduğunu deyirdi. Hazırda xanəndə həyatla mücadilə aparır, ayağı qanqrena olub. Vəziyyəti kritikdir. Allahdan ümid heç vaxt üzülməz".

Qeyd edək ki, xanəndənin qızı atası Aygün Abdullayeva ilə bağlı açıqlamasında "Müalicə dayandırılıb. Həkimlər əlindən gələni edib. Bu xəstəlik qarşısında həkimlər də aciz qaldı. Ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir. Bir il əvvəl atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu ilin avqustinda digər barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər. Ayağı çox pis vəziyyətə düşdü. Həkimlər elə bir nəticəyə gəldilər ki, yaş həddinə görə, daxili orqanlarında ciddi problemlər olduğuna və hətta ciyərlərinə yığıldığına görə heç cür riskə gedə bilmədiklərini söylədilər. Məhz buna görə, atam hazırda bu vəziyyətdədir. Əvvəldən atam şəkər xəstəsi olub" sözlərini deyib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi