olkepress.com
olkepress.com

Röya şəhidin sevgilisinə yazdığı məktubu ifa etdi - VİDEO

11-08-2022, 19:48

Röya şəhidin sevgilisinə yazdığı məktubu ifa etdi - VİDEO

Şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F. Kərimli məktubdakı sözlərə "Yada düşürsən" adlı mahnı bəstələyib.

Ölkepress.com xəbər verir ki, Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib

R.Ayxan səsyazma studiyasında mahnını oxuduğu anları sosial media hesabında paylaşıb. Sənətçi bildirib ki, sözügedən mahnı hələ tam hazır deyil:

"Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu".

Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi