olkepress.com
olkepress.com

Çingiz Əhmədovun oğlu İzmir aeroportunda terrorçu kimi saxlanılıbmış - VİDEO

20-07-2022, 11:10

Çingiz Əhmədovun oğlu İzmir aeroportunda terrorçu kimi saxlanılıbmış - VİDEO

"İllər əvvəl uzun saçlarım, saqqalım vardı. Bu halımla "Yuxu" kimi serialına çəkilməyə başladım. Altı ay nə saçlarımı kəsdirdim, nə saqqalımı qırxdım, nə də ki dırnaqlarımı tutdum, amma çimirdim".

Bizim.Media xəbər verir ki, bu sözləri Rus Dram Teatrının aktyoru İbrahim Çingiz qonaq olduğu "Söhbət var" verilişində deyib.

Sənətçi bildirib ki, o, bu halı ilə İzmirdən Bakıya dönəndə hava limanında onu terrorçu zənn edib, saxlayıblar.

"İzmirdən Bakıya dönəndə üç polis avtomobili məni saxladı. Çemodanlarımı yerə atıb, yoxlamağa başladılar. Dedilər ki, hava limanını partlatmaq istəyirsən. O anda isə aləm dəydi bir-birinə. Onlara başa saldım ki, mən aktyoram. Üzümüzə pudra vurub, səhnəyə çıxırıq, tamaşalar oynayırıq.

Ondan sonra söylədilər ki, aktyorsansa "Instagram" səhifəni bizə aç göstər. Göstərəndən sonra gördülər ki, izləyicilərim var. Çemodanlarımı yenidən yığıb, məni Bakıya yola saldılar".
Qeyd edək ki, İbrahim Çingiz Əməkdar artisti Çingiz Əhmədin oğludur. İbrahim keçən ilin avqustunda həmkarı, aktrisa Aydan Axundova ilə ailə qurub.



Olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi