olkepress.com
olkepress.com

Cavanşir Məmmədovdan aparıcı Lətafətə şillə kimi cavab: “Dilini kəsərəm” - VİDEO

26-05-2022, 17:18

Cavanşir Məmmədovdan aparıcı Lətafətə şillə kimi cavab: “Dilini kəsərəm” -  VİDEO

Aparıcı Lətafət Ələkbərova yeni açıqlaması ilə diqqət çəkib.

O, Əməkdar artist Cavanşir Məmmədovun “Üzümdə botoks yoxdur, əksini sübut edən şəxsə iki min manat verəcəyəm” iddiasına münasibət bildirib.

Bu barədə Lətafət ARB TV-də yayımlanan “Magazin plus” verilişinə müsahibəsində danışıb.

Ələkbərova əksini sübut etməyə hazır olduğunu bildirib:

“Cavanşir müəllim bizim verilişimizdə qonaq olub. İşıqlar onun üzünə düşəndə aydın bilinirdi ki, botoksu var. Əlim üzümdə qaldı, niyə deyirsiniz, yoxdur? Etmisinizsə, deyin, burada nə var ki? Niyə gizlədirsiniz? Kosmetoloquma aparacağam, sübut edəcək ki, üzündə botoks var. Hazıram, gəlsin. İki min manatı da gətirsin”.

Aparıcı şou-biznesdə üzündə botoks olan digər kişi sənətçilərin adlarını da açıqlayıb:

“Nadir Qafarzadə, Vasif Məhərrəmli, Niyam Salami, Kərimdə də botoks var. Hətta Kərim bu yaxınlarda kök hüceyrə vasitəsilə özünü 10 yaş cavanlaşdırıb”.

Ətraflı süjetdə:



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi