olkepress.com
olkepress.com

Bakı Ali Neft Məktəbinə - YENİ TƏYİNAT

18-11-2019, 14:39

Bakı Ali Neft Məktəbinə - YENİ TƏYİNATBakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

Ali Məktəbdən verilən məlumata görə, bununla bağlı rektor Elmar Qasımov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub. O, noyabrın 14-dən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə “525-ci qəzet”də başlayıb. Daha sonra, uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub. 2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, Mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə “Fəxri Fərman”larla təltif olunub. “İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.(fed.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi