“İnkişafa Doğru”nun yeni xeyriyyə təşəbbüsü
Dekabrın 1-də “İnkişafa Doğru” imkansız ailələrə sosial yardım və hüquqi maarifləndirmə ictimai birliyinin təşkilatçılığı ilə “Passage 1901”-də “Yeni il Xeyriyyə Yarmarkası” keçirilmişdir. Tədbir çərçivəsində müxtəlif əl işləri, sənət əsərləri və digər fərqli məhsullar satışı çıxarılmış, konsert proqamı və lotereya təşkil olunmuşdur.
Tədbirə daun sindromundan, leykemiyadan, autizmdən əziyyət çəkən, habelə uşaq sığıcağında məskunlaşmış müxtəlif yaş aralığında uşaqlar və yeniyetmələr dəvət edilmişdir. Tədbirdən əldə olunan gəlir əhalinin həssas təbəqəsindən olan vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına sərf olunacaqdır.