olkepress.com
olkepress.com

Sumqayıt və Sabunçuda qaz olmayacaq

29-08-2023, 09:33

Sumqayıt və Sabunçuda qaz olmayacaqBu gün Sumqayıt şəhərinin və Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Qaz Tənzimləmə Məntəqəsindən (QTM) qidalanan orta təzyiqli qaz kəmərinin 159 mm-lik hissəsinin yerinin dəyişdirilməsi və “Sabunçu ümumi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı avqustun 29-da saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Novxanı, Corat və Novxanı bağları, 51, 52-ci məhəllələr, 13, 16, 17, 20 və 21-ci mikrorayonlar) və Sabunçu rayonunun Sabunçu qəsəbəsinin (2-ci mədən, Şəhər şosesi, Stansiyayanı, E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, Musabəyov, Aydınbəyov, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, Mayakovski, Ə.Cavad, X.Natavan küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi