olkepress.com
olkepress.com

DTX və DİN Laçında birgə əməliyyat keçirdi

21-07-2023, 09:52

DTX və DİN Laçında birgə əməliyyat keçirdiLaçın Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Laçında birgə tədbirlər keçirib, çətənə bitkiləri aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 320 kiloqram olan 5158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi