olkepress.com
olkepress.com

Binəqədinin icra başçısı ilə bağlı İLGİNC İDDİALAR...

25-07-2022, 12:25

Binəqədinin icra başçısı ilə bağlı İLGİNC İDDİALAR...

Etibarlı mənbələrdən gundelik-baku.com-a verilən məlumata görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Allahverdiyev Elxan Şamil oğlu Azərsu ACS-yə sədr gətirilir. Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-ci il tarixdə Bakı şəhərində anadan olub.

1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir.Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır.Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır.1998-ci ildən 2005-ci ilədək “Meridian” MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək “Duet” firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə “Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Xatırladaq ki, Allahverdiyev Elxan Şamil oğlu Kapital Bank-ın sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi