Milli Məclis AŞPA-ya etiraz məktubu göndərdi
Milli Məclis adından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) etiraz məktubu göndərilib
Ölkəpress.com-un məlumatına görə, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.
Etiraz məktubu Azərbaycanın işğal altında olan torpaqlarında keçirilən qondarma “prezident və parlament” seçkiləri ilə əlaqədardır.
Məktubda AŞPA-nın həmin “seçkilərə” münasibət bildirməməsi tənqid olunub.