olkepress.com
olkepress.com

Prezidentdən “Yerin təkinin öyrənilməsinə dair Dövlət Proqramı”nın təsdiqlənməsi haqqında SƏRƏNCAM

17-03-2020, 10:24

Prezidentdən “Yerin təkinin öyrənilməsinə dair Dövlət Proqramı”nın təsdiqlənməsi haqqında SƏRƏNCAMPrezident İlham Əliyev “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı” təsdiqlənib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının 7-ci hissəsinə uyğun olaraq ona təqdim edilmiş monitorinq və qiymətləndirmə hesabatı əsasında Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etməlidir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi