MSK bu dairələrdən daxil olan şikayətlərə “YOX” dedi
Milli Məclisə seçkilərlə əlaqədar 73 saylı Lənkəran Şəhər, 121 saylı Laçın, 98 saylı Şəmkir Seçki dairələri üzrə daxil olan şikayətlərə baxılıb.
Ölkəpress.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib. Məlumat verilib ki, adıçəkilən seçki dairələri üzrə müraciətlər qanunla müəyyən olunmuş vaxtda daxil olmayıb.
Buna görə də şikayətlər geri qaytarılıb.