olkepress.com
olkepress.com

Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi

5-02-2020, 21:28

Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun namizədliyi ləğv olunub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının iclasında məsələ müzakirə edilib.
Qeyd olunub ki, R.Camalovun ikili vətəndaşlığı olduğu üçün namizədliyi ləğv edilib. Çünki o, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin R.Camalovun namizədliyinin qeydə alınması ilə bağlı qərarı ləğv olunub. Xatırladaq ki, R.Camalov keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi