olkepress.com
olkepress.com

Bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxardı

3-02-2020, 16:20

Bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxardıFevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyini irəli sürməyən deputatlar parlamentlə xudahafizləşirlər.

Report-un əldə etdiyi məlumata görə, namizdliyi irəli sürülməyən bir neçə deputat parlamentdəki otağından şəxsi əşyalarını çıxarıb.
Bir neçə deputat isə parlamentdəki otağından şəxsi əşyalarını özü ilə aparmayacağını bildirib.
Qeyd edək ki, fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi irəli sürməyən hazırkı deputatların sayı 31 nəfərdir. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, ikisi isə partiya sədridir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi