olkepress.com
olkepress.com

Daha 6 Azərbaycan vətəndaşı Suriyadan gətirildi

23-10-2025, 13:56

Daha 6 Azərbaycan vətəndaşı Suriyadan gətirildi

Suriyadan 6 nəfər (2 qadın və 4 uşaq) Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlı Suriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər də keçirilib.

Qeyd edilib ki, xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi