olkepress.com
olkepress.com

Xankəndidə “Arşın mal alan” operettası nümayiş olunub

20-09-2025, 16:29

Xankəndidə “Arşın mal alan” operettası nümayiş olunub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Xankəndi şəhər günü çərçivəsində Qarabağ universitetində “Arşın mal alan” operettası nümaiş edilib.

APA-nın Xankəndiyə ezam olunmuş müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru – Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı – Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri isə Əməkdar artist Vaqif Məstanovdur.

Üzeyir Hacıbəylinin 1913-cü ildə qələmə aldığı “Arşın mal alan” operettası Azərbaycan musiqili teatrının şah əsərlərindən biri hesab olunur. Əsərin mərkəzində Əsgər və Gülçöhrənin səmimi məhəbbət hekayəsi dayanır. Operetta XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində mövcud olan köhnəlmiş adət-ənənələrə qarşı yeni düşüncənin, azadlıq və sevgi uğrunda mübarizənin bədii ifadəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
Xankəndidə “Arşın mal alan” operettası nümayiş olunub


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi