olkepress.com
olkepress.com

İlham Əliyev Fransa prezidenti ilə Qarabağ münaqişəsini müzakirə etdi

30-01-2020, 11:59

İlham Əliyev Fransa prezidenti ilə Qarabağ münaqişəsini müzakirə etdiFransa Respublikasının Prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb.
Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa Prezidentinə çatdırıb. Telefon danışığı zamanı, həmçinin, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi