olkepress.com
olkepress.com

Prezident İlham Əliyev sosial müavinətlərin artırılması haqda Fərman imzalayıb.

13-06-2025, 17:20

Prezident İlham Əliyev sosial müavinətlərin artırılması haqda Fərman imzalayıb.

Prezident təqaüdü və fəxri adı olanların müavinəti artırıldı.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği də artırılıb.

Prezident İlham Əliyevin Fərmanı ilə həmin fərdi təqaüdün məbləği 1700 (min yeddi yüz) manat müəyyən edilib.

Fəxri adlara görə aylıq təqaüdün məbləği isə xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat olacaq.

Qeyd edək ki, Fərman 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi