Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü keçiriləcək.
Olkepress.com KONKRET.az-a istinadən xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
O, əlavə edib ki, dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti də baş tutacaq. Astanada keçiriləcək KTMT dövlət başçılarının sammitinə Ermənistan baş naziri də dəvət edilib. Amma KTMT-də fəaliyyətini donduran Ermənistan baş nazirinin həmin sammitə gedəcəyi sual altındadır.