Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqdan Azərbaycana səfərə gəlib.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata əsasən, nazir Fidan sabah Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısına qatılacaq.
Onun həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi, 11-ci Qlobal Bakı Forumunda iştirakı gözlənilir.