olkepress.com
olkepress.com

Türkiyəli professor Milli Məclisə keçiriləcək seçkilərdən danışdı: “Gənc və islahatçı kadrlardan formalaşacaq”

21-01-2020, 11:14

Türkiyəli professor Milli Məclisə keçiriləcək seçkilərdən danışdı: “Gənc və islahatçı kadrlardan formalaşacaq”Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların müvəffəqiyyətlə nəticələnməsi üçün struktur islahatları və gəncləşmə siyasəti həyata keçirilir.

Bunu Ölkəpress.com-a açıqlamasında Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu deyib.
Ekspert islahatların Azərbaycan hakimiyyətinin qanunverici qanadına – Milli Məclisə də şamil edilməsinin zəruriliyinə toxunub.
“İslahatların təməl məqsədi odur ki, ölkə iqtisadiyyatı daha da canlansın. Ümumi islahat prosesinə dəstək vermək üçün hakim Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu, vacib bir addım idi”, - deyə S.Çolakoğlu əlavə edib. Professor qeyd edib ki, Milli Məclisə seçkilərindən sonra Azərbaycan parlamentinin daha gənc və islahatçı kadrlardan formalaşması gözlənilir.
S.Çolakoğlu Azərbaycanın iqtisadi gücünün artdığına da diqqət çəkib.
“Prezident İlham Əliyevin son illərdə uğurlu şəkildə həyata keçirdiyi iqtisadi islahatlarla Azərbaycan neft və təbii qaz ixrac edən ölkə statusundan da kənara çıxıb. Azərbaycanın önəmli bir ticarət, maliyyə və logistika mərkəzi olması gözlənilir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi