olkepress.com
olkepress.com

Bu gün Moskvada üçtərəfli görüş keçiriləcək

25-07-2023, 09:18

Bu gün Moskvada üçtərəfli görüş keçiriləcəkBu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri görüşəcək.

Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın üçtərəfli danışıqlardan əlavə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Rusiya XİN-in məlumatına görə, danışıqlar zamanı XİN başçıları Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını və üçtərəfli sazişlərin həyata keçirilməsi istiqamətində atılan addımları təhlil edəcəklər.

Bölgədə nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan sərhədinin demarkasiyası müzakirə olunacaq.

Həmçinin rəsmi Moskva bəyan edir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına xüsusi diqqət yetiriləcək.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, gündəlikdə regional təhlükəsizlik məsələləri, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, humanitar məsələlər var.

Xarici işlər nazirləri sonuncu dəfə Vaşinqtonda, Rusiyanın iştirakı ilə üçtərəfli formatda isə mayın 19-da Moskvada görüşüblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi