olkepress.com
olkepress.com

"Ermənistanın riyakarlığı bu dəfə keşmədi"

7-07-2023, 17:58

"Ermənistanın riyakarlığı bu dəfə keşmədi"Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd etməklə məlumun elanını etdi.
Azərbaycan öz suveren ərazisində istədiyi qanuni fəaliyyəti edə bilər və Laçınla sərhəddə nəzarət buraxılış məntəqəsi təşkil etməsi dı bu fəaliyyətin tərkib hissəsidir.

Bunu politoloq Azər Qasımov deyib.

Politoloqun fikrincə, beynəlxalq qurumların Azərbaycanın haqlı mövqeyini getdikcə dəstəkləməyə başlaması onu göstərir ki, Azərbaycan öz fəaliyyətini və təbliğatını doğru istiqamətdə qurur, həyata keçirir:

"Ermənistanın riyakarlığı bu dəfə keşmədi. Yalan təbliğat və hay-küy bu dəfə Ermənistanın öz əleyhinə işlədi. Ermənistanın mövqeləri bütün platforma və təşkilatlarda zəifləyir. Artıq bütün beynəlxalq qurum və təşkilatlar Azərbaycanın Laçın yoluna tam nəzarət həyata keçirməkdə haqlı olduğu gerçəyi ilə razılaşmışdır.

Bununla da, Ermənistanın 1988-ci ildən başladığı "Miatsum" layihəsi bu gün rəsmən beynəlxalq səviyyədə iflasa uğrayıb. Beynəlxalq Məhkəmə Azərbaycanın suverenliyini və beynəlxalq hüququn aliliyini bununla bir daha təsdiq edib.

Azərbaycanın bundan sonrakı prosesləri də bu istiqamətdə aparacağı şübhə doğurmur. Çünki doğrunun qarşısında heç bir şey dayana bilməz. Prosesə mane olmağa çalışan qüvvələr də yaxşı bilirlər ki, Azərbaycan elə bir strateji xətt seçib ki, onun yanında olmamaq beynəlxalq qanunların yanında olmamaq deməkdir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi