olkepress.com
olkepress.com

Makron iğtişaşlardan narahat olmağa başlayıb

3-07-2023, 08:25

Makron iğtişaşlardan narahat olmağa başlayıb

Fransa prezidenti Emmanuel Makron Nazirlər Kabinetinin üzvlərinə Fransada iyunun 27-dən bəri davam edən iğtişaşların səbəblərini “ətraflı şəkildə araşdırmağı” tapşırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü "BFMTV" kanalı məlumat yayıb.

Bazar günü axşam Yelisey sarayında iğtişaşların aradan qaldırılması üzrə operativ qərargahın iclası zamanı dövlət başçısı Fransada baş verən iğtişaşların və bu qarışıqlığın hanı hadisələrə səbəb ola biləcəyini müəyyən etmək üçün iclasın bütün iştirakçılarından hərtərəfli uzunmüddətli araşdırma başlatmağı tələb edib. Müvafiq qurumlara xüsusi tapşırıqlar verib.

Telekanal qeyd edib ki, bu tədbir əvvəldən Fransa liderinin gündəliyində nəzərdə tutulmayan toplantı olub.

Makron daxili işlər naziri Jerald Darmanin və ədliyyə naziri Erik Düpon-Morettiyə ölkədə iyunun 27-dən bəri davam edən iğtişaşların qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.

“Hökumət polisin və jandarmanın tərəfində olacaq. Daxili İşlər və Ədliyyə nazirliklərinin rəhbərləri asayişin bərpası üçün lazım olan hər şeyi etməlidirlər”, - deyə telekanal dövlət başçısının sözlərindən sitat gətirib.

BFMTV-nin operativ qərargahın iclasından sonra verdiyi məlumata görə, iyulun 4-də Fransa prezidenti polisin tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı sürücünün ölümündən sonra başlayan iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə görüşəcək. Telekanalın məlumatına görə, çərşənbə axşamı Parisdə Makronla görüşə 220-dən çox bələdiyyə sədri qatılacaq.

Bundan əlavə, iyulun 3-də Fransa lideri Milli Assambleyanın (parlamentin aşağı palatası) spikeri Yael Bron-Pive və Senatın (yuxarı palata) rəhbəri Jerar Larşeri qəbul edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi