olkepress.com
olkepress.com

“Azərittifaq” rəhbəri seçiciləri təhdid edir? — Eldar Quliyevdən Baş prokurora müraciət

19-01-2020, 11:49

“Azərittifaq” rəhbəri seçiciləri təhdid edir? — Eldar Quliyevdən Baş prokurora müraciət28 saylı Sabunçu 3-cü seçki dairəsinindən deputatlığa namizəd Aygün Süleymanlı "Azərittifaq”ın sədri Eldar Quliyevin onun tərəfdarlarını təhdid etməsi barədə məlumat yayıb.

Sözügedən iddia ilə bağlı həmin dairədən deputatlığa digər namizəd, hüquqşünas Səməd Vəkilov Baş prokuror müraciət edib. S.Vəkilov saytımıza bildirb ki, namizədlərdən birinin dairədə təhdidləri haqda mətbuatda məlumat gedirsə, bu məsələ hökmən araşdırılmalıdır:
"Mən hüquqşünas və həmin dairədən deputatlığa namizəd kimi sayt vasitəsi ilə Baş prokuror Zakir Qaralova və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edirəm. 18 yanvar 2020-ci il tarixdə "Xanım jurnalistin "Azərittifaq” şefi olan alternativi seçiciləri hədələdir” başlıqlı yazıda 28 saylı Sabunçu 3-cü seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyevin digər namizəd Aygün Süleymanlının tərəfdarlarını təhdid etməsi haqqında məlumat verilib. Hesab edriəm ki, bu tipli məlumatlar araşdırlmalı və ictimaiyyətə məlumat verilməlidir”. (axar.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi