“Mastercard”ın keçmiş baş direktoru Acay Banqa Dünya Bankının yeni prezidenti seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DB-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub:
“Dünya Bankının İcraçı Direktorları Acay Banqanı 2023-cü il iyunun 2-dən başlayaraq beş il müddətinə Dünya Bankının prezidenti seçib”.
Qeyd edək ki, Banqa 2007-ci ildən ABŞ vətəndaşı olan hind əsilli amerikalı iş adamıdır. 2010-2021-ci illərdə “Mastercard”da, sonra “General Atlantic”də işləyib. 2020-ci ildə Beynəlxalq Ticarət Palatasının sədri seçilib, bu vəzifəni 2022-ci ilə qədər tutub.