Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 2,63 faiz azalaraq 84,14 dollara çatıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.