olkepress.com
olkepress.com

Taliban qadınların təhsilinə daimi məhdudiyyətlər qoymaq istəmir

25-01-2023, 12:06

Taliban qadınların təhsilinə daimi məhdudiyyətlər qoymaq istəmir

"Əfqanıstanda qadınların təhsil almasına daimi qadağadan söhbət gedə bilməz".
Bizimyol.info xəbər verir ki, bunu Taliban hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan Nazirlər Kabinetinin Daxili İşlər Nazirliyinin rəhbəri Siracuddin Haqqani BMT baş katibinin müavini Martin Qriffitslə görüşündə deyib.

“Əfqanıstanda qadınların təhsili və onların tərbiyəsi ilə bağlı daimi qadağa planı müzakirə edilmir, təhsil sistemi ilə bağlı həll edilə bilən fikir ayrılıqları var. Ölkədə, demək olar ki, yarım əsrdir müharibələr və çətinliklər yaşayıb, ona görə də bütün əfqanlar təhsilə çox səy göstərməlidirlər ki, sistem qaydalar çərçivəsində işə düşsün və proses inkişafa doğru qüvvətlənsin", - deyə Hakkani bu barədə çərşənbə günü Taliban Daxili İşlər Nazirliyinin "Twitter" səhifəsində dərc edilmiş bəyanatda bildirib.

“Şübhəsiz ki, burada müəyyən irəliləyiş əldə olunub, biz bir-birimizin hərəkətlərini tənqid etməməliyik, çünki həddindən artıq tənqid anlaşmaya mane olur və problemləri artırır. Amma qadınların təhsil və işləmək hüququ bərpa olunmasını tələb etdiyimiz əsas hüquqlardır”, - BMT nümayəndə heyətinin rəhbəri bildirib.

Bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstan hökumətinş ölkədə qızların, qadınların orta və ali təhsilinə mane olan hədsiz, dağıdıcı qadağanın ləğv edilməsi ilə bağlı çağırış edib.

2021-ci ildə hakimiyyətə gəldikdən sonra Taliban, onların fikrincə, İslam dəyərlərinə uyğun gələn bir sıra məhdudiyyətlər tətbiq edib. Xüsusən də radikallar qadın teleaparıcılara hicab taxmağa məcbur edib, dramatik filmlərin və qadın aktrisaların iştirakı ilə verilişlərin nümayişinə qadağa qoyub.

Ötən ilin dekabrında Taliban Əfqanıstan universitetlərində qızlar üçün dərsləri dayandırıb, universitetlərdə qadınların, o cümlədən professor-müəllim heyətinin fəaliyyətinə qadağa qoydu və bütün milli, beynəlxalq qeyri-hökumət təşkilatlarında qadınların işdən çıxarılmasına göstəriş verib. Bu qərarlar bir sıra xarici dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tənqid olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi