olkepress.com
olkepress.com

Saakaşvilinin orqanizmində civə və qurğuşun aşkar edilib

20-12-2022, 09:22

Saakaşvilinin orqanizmində civə və qurğuşun aşkar edilib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin analizlərində civə, mərgümüş (arsen), tallium, qurğuşun, vismut və barium aşkar edilib.

Dekabrın 19-da Gürcüstanın Empati Tibb Mərkəzinin rəhbəri Mariam Cişkariani jurnalistlərə bildirib ki, siyasətçinin ciddi diaqnozlarının əksəriyyəti zəhərlənmə ilə bağlı ola bilər.

“Mixail Saakaşvilinin qanında, saçında və dırnaqlarında civə, mərgümüş, tallium, qurğuşun, vismut və barium aşkar edilib. Çox güman ki, biz naməlum, mürəkkəb kimyəvi və ya radioaktiv birləşmə ilə üzləşmişik”, - deyə o, bəyan edib.

Cişkariani əlavə edib ki, Saakaşviliyə təcili olaraq orqanizmini təmizləmək lazımdır, lakin onun sözlərinə görə, Gürcüstan tibb müəssisələrində belə bir proseduru etmək mümkün deyil.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi