olkepress.com
olkepress.com

Makron: Bu vəziyyətdən yeganə çıxış yolu danışıqlardır

5-12-2022, 08:47

Makron: Bu vəziyyətdən yeganə çıxış yolu danışıqlardır

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə birbaşa əlaqə saxladığını bildirib.
Bizimyol.info xəbər veror ki, bu barədə Makron bazar günü yayımlanan Amerikanın "CBS" telekanalına müsahibəsində deyib.

"Prezident Putinlə müntəzəm müzakirələr və birbaşa əlaqə saxlayıram, çünki hesab edirəm ki, qarşılıqlı əlaqəni bərpa etməyin ən yaxşı yolu bu birbaşa ünsiyyət saxlamaqdır. Belə bir vəziyyətdə təcrid ən pis seçimdir", - deyə o qeyd edib.

Ukraynadakı münaqişənin sonunu necə gördüyü ilə bağlı sualı cavablandıran Makron Ukraynalılar bununla bağlı qərar verməlidir deyib: “Bu vəziyyətdən yeganə çıxış yolu danışıqlardır. Mən hərbi variantın münaqişəyə son qoyacağına inanmıram”, - deyə Fransa lideri vurğulayıb.

“Rusiya və Ukrayna nümayəndələri ilə qeyri-rəsmi danışıqlar aparırmı?” sualına Makron mənfi cavab verib: “Mən heç vaxt qeyri-rəsmi proseslərdə iştirak etmirəm. Mən həmişə öz əməllərimə görə cavabdehəm. Mən hər dəfə prezident Putinlə danışanda bunu ictimaiyyətə açıqlayırdım”, - deyə o bildirib. O, Ukrayna prezidenti Vladimir Zelenski ilə ünsiyyətdə olanda da oxşar yanaşmanın olduğunu qeyd edib.

Şənbə günü Fransa lideri ABŞ-a dövlət səfərindən sonra "TF1"ə verdiyi müsahibədə yaxın gələcəkdə Putinlə telefon danışığını gözlədiyini təsdiqləyib. Makronun sözlərinə görə, o, digər məsələlərlə yanaşı, Zaporojye atom elektrik stansiyası ətrafındakı vəziyyətə də toxunmaq niyyətindədir.

Fevralın 24-də Putin Ukraynada "xüsusi hərbi əməliyyat" adı ilə qoşun yeritmək barədə qərar verib. Bundan sonra Qərb Moskvaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib, həmçinin Kiyevə milyardlarla dollar dəyərində silah və hərbi texnika verməkdə davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi