olkepress.com
olkepress.com

“Putin mənə siyasi baxımdan bitmisən mesajını verdi” - Angela Merkel

26-11-2022, 00:55

“Putin mənə siyasi baxımdan bitmisən mesajını verdi” - Angela Merkel

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya-Ukrayna müharibəsini dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, Merkel Der Spigel jurnalında dərc olunan müsahibəsində Rusiya-Ukrayna müharibəsini qiymətləndirib.

O bildirib ki, 2021-ci ildə Moskvada Rusiya Prezidenti ilə görüşəndə ​​səlahiyyət müddəti bitdiyi üçün Putin ona “Siyasi baxımdan bitmisən” mesajını verib.

Müsahibəsində Merkel o vaxt Ukrayna ilə Rusiya arasında dialoq yaratmaq istədiyini, lakin Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən təkbaşına buraxıldığını bildirib:

"Arzulayıram ki, sülh dövrü olsun, çünki Ukrayna məsələsi ilə çox məşğul olmuşam. Amma Minsk razılaşması pozuldu. Makkron və mən Avropa Şurasında Putinlə müstəqil müzakirə formatı aparmaq istəyirdik. İnsanlar buna etiraz etdilər. Özümü müdafiə edə bilmədim, çünki hamı mənim missiyamın payızda bitəcəyini bilirdi".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi