olkepress.com
olkepress.com

Mehriban Əliyeva Əminə Ərdoğana başsağlığı verdi

14-11-2022, 08:10

Mehriban Əliyeva Əminə Ərdoğana başsağlığı verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı verib.

"Qafqazinfo" xəbər verir ki, başsağlığıda deyilir:

“Hörmətli Əminə xanım,

İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi